Ali Ashikar Üzbeüz Mp3 indir

Ali Ashikar Qal (2020)
Sanatçı Ali Ashikar
Albüm Qal (2020)
Şarkı Üzbeüz
Hit 85 indirme
Haftalık Hit 0 Haftalık indirme.
Boyut 3.09 MB
Tarih 1 Şubat 2020 , Cumartesi günü eklendi.
Puan
10 üzerinden 6 puan. 2 kişi puan verdi.
Üzbeüz Yorumları.
Üzbeüz indir ve şarkı sözü.

Ali Ashikar - Üzbeüz Sözleri

Ara bir zəng et mənə,
Özün də bilirsən ki, heç bir işim düz getmir.
Daha taqətim yoxdur o yolu bir də tək getməyə,
Çün, bizə xoş gün yaşadanlar gedəndə xoş getmir.

Gözündə gözüm qalıb,
Mən sənə hələ də vurğunam, ürəkdə sözüm qalıb.
Güzgüdə üz cizgilərin, otaqda səsin qalıb,
Yadımda son cümlələrin, əlvida sözün qalıb.

Gedənlər unudulmur,
Gedənlər elə gedir ki dönəcəyinə bir ümid olmur.
Ona görə saatlarla gözləməyinə dəyməz onu,
Görən hər şeyin bir sonu var deyəmi sevgi sonsuz olur?

Səni mənsiz görəndə niyə görən mən ölməmişdim?
Niyə bizi ayıranlar dar günümüzə gəlməmişdi?
Nə deyər deyə düşünürdüm məni sənsiz görənlər?
Utanıb yerə girmişdim səni mənsiz görəndə.

Chorus(x2):
Gündən günə dəyişir həyat,
Birdən birə yerə düşürəm.
Mənsiz gecələri üşüyən,
Bəlkə də sənsən, yenə məni düşünən.

Verse2:
Özümlə barışmıram,
O həddə çatmışam ki dözümdən heç danışmıram.
Qaldı ki sənlə barışmaq həyata küsmüşəm mən,
Bildiyin sular dayaz dərinlikdə üzmüşəm mən.

Əlimi əllərindən üzmüşəm mən,
Nə sevginin soyadı, nə ayrılığın adı yoxdur.
Daha təəccüblü deyil neçə belə üz görmüşəm mən,
Nə yağan yağışların, damcıların dadı yoxdur.

Son dəfə güldüyüm heç yadıma gəlmir,
Nə əllərim qələmə, nə qələm kağıza dəymir.
Bəlkə də sona yaxınam, uzaqlarda yol görünür,
Ayağım dasa ilişir, di gəl başım daşa dəymir.

Hər nə etsəm olmur yəni,
Nə qədər yoxlamışam, səndən sonra alınmayıb.
Duyğular yığılır içimdə, birləşib gözdən gəlir,
İllər sonra tanımayacaqsan bəlkə də görsən məni.