Ali Ashikar Eyyaş Mp3 indir

Ali Ashikar Qal (2020)
Sanatçı Ali Ashikar
Albüm Qal (2020)
Şarkı Eyyaş
Hit 236 indirme
Haftalık Hit 1 Haftalık indirme.
Boyut 4.30 MB
Tarih 1 Şubat 2020 , Cumartesi günü eklendi.
Puan
10 üzerinden 8 puan. 5 kişi puan verdi.
Eyyaş Yorumları.
Eyyaş indir ve şarkı sözü.

Ali Ashikar - Eyyaş Sözleri

Verse1:
Bir gün səni itirəcəyimi bildiyim üçün o qədər rahat idim ki,
O gün gəldi çatdı, itirdim. Məni bir daha sən axtarmadın ki.
İki yer boş qaldı hər zaman, səndən sonra da çox oldu lakin,
Amma, kimləsə sən qədər olmadı nə mümkündür axı unutmaq ilki?

İl kimi gəlir indi hər günüm nə etsəm belə mən öyrəşə bilmədim,
Gör kimə görə kimi itirmisən sən? Yad kimi rəsminə söykənir əllərim.
Hər gülü dərmədim ki, yar bağında sənə tay olan başqa birini tapmayım,
Bir neçə qurtum sevgi, bir az sən, bir neçə mahnı da kədərini saxlayır.

Bir gecə ağılda səs küyün ağlayır, otağım darmadağın boş külqabı,
İçkili halda da düşünmürəm səni, əyyaşdı bədəni, ruhu torpağın.
Quru bir salamdan heç nə qalmayıb, o da məni sevib, amma, heç axtarmayıb,
Bir dəfə olsun məni yada salıb da ağrılarımla maraqlanmayıb.

Ən az mən qədər sevə bilər insan, ən az sən qədər dəyişə bilər,
Gəl, az bir müddətim qalıb sənə çatmağa, bəlkə də yollar kəsişə bilər.
Ya da yuyub aparar yağış ətrini gətirən boz küçələrdəki xatirəni,
Sənin də məndə bir xətrin qalıbsa, o da gözlərinin xətrinədir.

Chorus(x2):
Yazıram ağ vərəqə o gözəl gözlərindən, yenə
Deyiləm hisslərimdən dönən.
Düşürəm əllərindən yerə
Ki, görən olmasın.

Verse2:
Bir-birimizi bizə düşmən edərdin,
Bir səni isidər minin üşüdərdim.
Gözdən axıb sən ürəyə düşərdin,
Mən tək səni yox bizi düşünərdim.

Bizi üşüdərmi ki, yağan yağış,
Əgər əllərim üstünə çətir tutarsa?
Mən sənə necə deyim ki, gəl?
Necə məcbur edim səni qəlbin onunsa?!

Səndən mənə yadigar bir iki rəsm və başqa da heç nəyin qalmayıb,
Düşünmə sən mənim vaxtımı almısan, səni sevmək mənim vaxtımı almayıb.
Gözəl günlər də keçirtmişik, neçə özəl günlərdə görüşmüşük?
Biz sıradan günləri qeyd edən iki insan kimi illəri bölüşmüşük.

Bir gün səni gecə görərəm qoca, mənim üzüm qədər sənin əllərin qırış,
Yadımda bir neçə mürgülü xatirə, yanında bir körpə gözlərin tanış.
Silib artıq məni yaddaşından, ona doğma gəlir mənə yadlaşanlar,
İtirmişəm səni çoxdan, bəlkə də tapa bilməmişəm heç ən başından.

Özlüyündə sən də haqqlısan, sevə bilməzdin mən kimi birini,
Mən səni incitməməliydim, olmamalıydın qurbanı dilimin.
Çəkirəm indi peşmançılığın, fayda vermədiyini bildiyim halda,
Heçnə olmamış kimi davranar, amma, gözdən kənarda inciyib ağlar.

Chorus(x2):
Yazıram ağ vərəqə o gözəl gözlərindən, yenə
Deyiləm hisslərimdən dönən.
Düşürəm əllərindən yerə
Ki, görən olmasın.